İspaniyanın Baş naziri Pedro Sançez ölkə sakinlərinin 70%-nin koronavirusa qarşı tam peyvənd edildiyini bildirib.
bu barədə Sançez tvitter hesabında yazıb.
Baş nazir 40 yaşdan yuxarı sakinlərin 90%-dən çoxunun hər iki dozada, 20-29 və 12-19 yaş qruplarında olan yeniyetmə və gənclərin 70%-dən çoxunun birinci dozada peyvənd olunduğunu deyib.
Pandemiyanın başlanmasından bəri İspaniyada 4,9 milyon sakin koronavirusa yoluxub, 84,4 mindən çox insan xəstəlikdən ölüb, 4,4 milyonu isə tamamilə sağalıb.