Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la qarşılaşacaq Türkiyə “Sivasspor”unun futbolçusu Xorxe Feliks zədəsini sağaldıb.
“QİA.AZ” Superliqa təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu həkim nəzarətində fərdi məşqlərə başlayıb.
İspaniyalı oyunçu hələ ki qaçışla kifayətlənir. Onun meydana nə vaxt çıxa biləcəyi açıqlanmayıb.
Qeyd edək ki, İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Ağdam təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.