İsrail Müdafiə Ordusu Livanda “Hizbullah”ın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandirlərindən biri olan Xasin Əli Azkulu və qruplaşmanın “Raduan” xüsusi təyinatlı dəstəsi komandirlərindən sayılan Məhəmməd Xəlil Atiyanı öldürdüklərini təsdiqləyib.
QİA.az-ın məlumatına görə, Xasin Əli Azkul İsrail sərhədindən 35 km aralı, Tir şəhərinin şimalında Əbu əl-Asuad və Adlun arasında avtomobildə gedərkən PUA-dan atılan raketlə vurulub.“Radvan” xüsusi təyinatlılarının strukturunda mühüm yer tutan Məhəmməd Xəlil Atiya isə aprelin 23-də İsrail sərhədindən 15-20 km aralı Arzun rayonunun şərqində Zrifa kəndində Müdafiə Ordusunun aviazərbəsi nəticəsində ölüb.