İsrail Qəzzada hərbi əməliyyatları genişləndirməyi planlaşdırır

İsrail Ordusunun Baş Qərargahı bildirib ki, Qəzza sektorunda radikalların bütün tunelləri məhv edilməyincə hərbi əməliyyat davam etdiriləcək.

“QİA.az”ın məlumatına görə, bu barədə “Qaley SAXAL” radiosu tvitterdə bildirib.

“Biz hərbi kampaniyanı zərurət olduğu qədər genişləndirməyə hazırıq. Biz zərbələr endirməyə davam edəcəyik və heç bir tuneli bütöv qoymayacağıq”, – xəbərdə deyilir.

Mayın 11-də axşam Fələstin anklavının sərhədlərində son illər ərzində ən böyük eskalasiya başlanıb. Çərşənbə axşamı səhər İsrailin Müdafiə Ordusu bildirib ki, ölkə ərazisinə Qəzza sektrundan 200-dən çox raket buraxılıb. Buna cavab olaraq İsrail hərbçiləri qarşı tərəfə zərbələr endiriblər.

İsrail müxtəlif hərbi bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 5 min nəfəri orduya çağırıb.

Oxşar Xəbərlər