İsrail Suriyanın şimalında yerləşən Hələb vilayətinə güclü hava zərbələri endirib.
QİA.az “Reuters”ə istinadən xəbər verir ki, hava zərbələri Hizbullah və İran İnqilabı Keşikçiləri Korpusunun yerləşdiyi ərazilərə endirilib.
İsrail ordusu cümə günü Livanın Bazuriyə bölgəsinə endirdiyi hava hücumunda Hizbullahın raket bölməsinin komandir müavini Əli Abed Əxsan Naimi öldürdüyünü bildirib.