İsraildə koronavirusa yoluxanların sayı 800 min nəfərə çatır

Mar7,2021

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 3 262 nəfər yoluxub.

“QİA.AZ”ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 799 727 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 753 306 nəfəri sağalıb, 5 856 nəfəri isə vəfat edib.

Oxşar Xəbərlər