İsraildə təyyarə qəzaya uğrayıb, ölənlər var

Fev13,2021

İsrailin Afula şəhərində yüngül mühərrikli təyyarənın qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

“QİA” İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə hadisə yerinə cəlb edilən təcili yardım xidmətinin əməkdaşları bildirib.

Məlumata görə, onlar hadisə yerində yanan təyyarənin yanında huşsuz vəziyyətdə olan pilot və sərnişin aşkarlayıblar. Xidmət əməkdaşları hər iki kişinin öldüyünü bildiriblər.

Hadisə yerində polis əməkdaşları araşdırma aparır. İstintaq başlayıb.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər