İstanbulda baş tutan “Qalatasaray” “Fənərbağça” görüşünün qalibi “sarı-lacivərdlər” olublar.
QİA.az xəbər verir ki, böyük maraqla gözlənilən derbinin 71-ci dəqiqəsində meydana çıxan Çağlar Söyüncü görüşün yekun nəticəsini müəyyənləşdirib – 1:0.
Qeyd edək ki, minimal hesabla qalib gələn “Fənərbağça” (96 xal) “Qalatasaray”la (99 xal) xal fərqini üçə endirib.
Super Liqanın qalibinin adına isə son turda aydınlıq gətiriləcək.