Region

İstanbulda terror törətmək istəyən 2 nəfər tutulub

Movavi

Türkiyənin İstanbul şəhərində PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində partlayış törətməyə hazırlaşan 2 nəfər saxlanılıb.

“QİA.az” “Haberturk”ə istinadən xəbər verir ki, əməliyyatı İstanbul Polis İdarəsi Terrora qarşı mübarizə şöbəsinin əməkdaşları keçirib.

İstintaq zamanı müəyyən edilib ki, onlar terrorçu PKK/PYD-YPG qruplaşması adından fəaliyyət göstəriblər.

Bildirilib ki, həmin şəxslər Türkiyə ərazisinə Suriya kəndlərindən daxil olublar.

İstanbulda saxlanılan terrorçular PKK/KCK-nın İnqilabçı Gənclik Hərəkatında Esenyurda fəaliyyət göstəriblər. Onlar İstanbulun 4 rayonunda 4 fərqli yerdə terror hücumu keçirməyi planlaşdırırmış.

2 nəfərin istintaqı davam edir.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button