İstanbulda torpaq sürüşməsi: Yüzə yaxın şəxs təxliyə edildi

Apr20,2024

İstanbulda torpaq sürüşməsi baş verib.

Hadisə Qaziosmanpaşa rayonunda qeydə alınıb. İstanbul Valiliyi Qaziosmanpaşada baş verən sürüşmə ilə əlaqədar 24 binanın boşaldıldığını, 96 nəfərin təxliyə edildiyini açıqlayıb.

Bildirilib ki, təxliyə edilənlərdən 78 nəfəri hotellərə yerləşdirilib.

Hadisəyə güclü yağışlar səbəb olub.

Komandaların təhlükəsizlik tədbirlərinin gördüyü əraziyə insanların daxil olmasına icazə verilmir.

Mənbə: TRT

Oxşar Xəbərlər