İstehlaka yararsız mineral sular məhv edilib

Yan14,2021
İstehlaka yararsız mineral sular məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Tiflis Bazar” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Gürcüstandan ölkəmizə idxal olunan “Gudauri” əmtəə nişanlı mineral suyundan götürülən nümunələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinə etdirib.

QİA.AZ bildirib ki, AQTA-dan “Report”a verilən məlumata görə, aparılan müayinələr nəticəsində mineral suda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub.

Bununla bağlı olaraq istifadəyə yararsız “Gudauri” əmtəə nişanlı 0.25 litrlik qablaşdırmada ümumi sayı 570 ədəd, 1.5 litrlik qablaşdırmada ümumi sayı 192 ədəd mineral su məhsulu partiyası “Təhlükəli Tullantılar” poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Oxşar Xəbərlər