İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib

“Sun Food” MMC-nin istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib.

Bu barədə QİA.AZ-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, “Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciəti əsasında həmin şirkət tərəfindən istehsal olunmuş, istifadə müddəti bitmiş və istehlaka yararsız 60,360 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

Oxşar Xəbərlər