İstilik sistemi üzrə vətəndaşlara göstəriləcək xidmət növləri açıqlandı

“Azəristiliktəchizat” ASC ölkədə yaşayış binaları və obyektlərə göstəriləcək xidmət növlərini açıqlayıb.

Bunu mətbuata “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. O bildirib ki, qurum tərəfindən ümumilikdə 10 xidmət, o cümlədən, istehsal edilmiş isti suyun satışı, istehsal edilmiş istiliyin satışı, abonent məlumatlarının dəyişdirilməsi, abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi, borcun olmaması (və ya olması) haqqında sənədin verilməsi, əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması, isti su sayğaclarının istismarında yaranmış qüsurun aradan qaldırılması ilə bağlı müraciət, isti su sayğaclarının quraşdırılması üçün müraciət, istilik enerjisi təchizatı sisteminə qoşulmalar üçün texniki şərtlərin verilməsi, qeyri əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması ilə bağlı xidmətlər göstərilir və cari ilin sentyabr ayından etibarən bu xidmətlərin “ASAN Kommunal” mərkəzləri vasitəsi ilə göstərilməsinə başlanılıb:

“Payız qış mövsümünün yaxınlaşması ilə əlaqadar istehlakçılar tərəfindən də yaşayıyış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməli, binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkisinin qarşısının alınması üçün müəyyən işlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır”.

Oxşar Xəbərlər