İsveçdə “vaksin pasportları” verilə bilər

Mar5,2021

İsveçdə yayda sakinlərə “vaksin pasportları” verə bilər.

QİA.AZ-ın məlumatına görə, bunu ölkənin energetika və informasiya texnologiyaları naziri Anders İgeman deyib.

O bildirib ki, həmin pasportların tətil mövsümünün başlamasınadək hazırlanması nəzərdə tutulur:

“Hökumətin məqsədi peyvəndləmə barədə rəqəmsal sertifikat almaq imkanını yaratamaqdır. Hesab edirəm ki, turizm şirkətləri, ölkələr bunu tələb edə bilər. Sənəd yaya qədər hazır olmalıdır”.

Oxşar Xəbərlər