Malinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin müraciəti əsasında İsveçin Bamakodakı səfiri prezident sarayında qəbul edilib.
QİA.az xəbər verir ki, İsveç səfirinə üç gün ərzində Mali ərazisini tərk etməli olduğu bildirilib.
Keçid hökumətinin bu qərarının İsveç beynəlxalq əməkdaşlıq və ticarət nazirinin Maliyə maliyyə yardımının dayandırılması ilə bağlı düşmənçilik bəyanatlarından sonra verildiyi qeyd olunur.