İsveçrə klubunda 22 nəfər koronavirusa yoluxdu

İsveçrə klubunda 22 nəfər koronavirusa yoluxdu

İsveçrənin “Sion” klubunda koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

“QİA.AZ” “srf.ch” saytına istinadən xəbər verir ki, 45 nəfərdən götürülmüş testlərdən 22-si müsbət çıxıb.

İnfeksiyaya yoluxanlarınlarda 13-ü futbolçudur. Karantinə alınan komandanın “Bazel”lə çempionat oyunu təxirə salınıb.

İsveçrə Futbol Federasiyası daha əvvəl eyni səbəbdən “Lütsern” – “Sion” və “Vaduts” – “Servett” matçlarının da vaxtını dəyişib.

Oxşar Xəbərlər