İsveçrədə atışma olub, ölən və yaralananlar var

Noy13,2020
İsveçrədə atışma olub, ölən və yaralananlar var

İsveçrənin Bil şəhərinin mərkəzində silahlı insiident olub.

“QİA.AZ”ın məlumatına görə, bu barədə yerli polisə və şahidə istinadən “20 Minutes” informasiya portalı bildirib.

Məlumata görə, cümə axşamı günün axşam saatlarında Bilin Mərkəzi meydanının ətrafında atışma səsləri eşidilib. Hadisə yerinə xeyli sayda polis bölmələri cəlb edilib.

“20 Minutes” qeyd edib ki, polis atışma barədə faktları təsdiq edib. Hadisə şahidinin sözlərinə görə, atışma yerli vaxtla saat 19:45-də (Bakı vaxtı ilə saat 20:45) qeydə alınıb. “Üç atəş eşitdim, bundan sonra insanlar, həmçinin mən qaçdıq”, – o deyib.

“Berner Zeitung” qəzetinin məlumatına görə, atışma nəticəsində iki nəfər yaralanıb.

Öz növbəsində, ATS informasiya agentliyi Bern kanton polisinin nümayəndəsinə istinadən bildirib ki, hüquq-mühafizə orqanları insan meyiti aşkarlayıblar.

Oxşar Xəbərlər