İtaliya A Seriyasında XIX turun növbəti oyunu keçirilib.
QİA.az xəbər verir ki, “Napoli” səfərdə “Fiorentina”nın qonağı olub. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 44-ə çatdıran “Napoli” liderliyə yüksəlib. Meydan sahibləri isə 32 xalla 6-cı yerdə qalıb.