İtaliyanın “Parma” klubu “Black Lives Matter” hərəkatını dəstəkləyən xüsusi formasını təqdim edib.
“QİA.az”ın məlumatına görə, dəst qara rəngdədir və onun üzərində sponsporla loqo daha az nəzərə çarpır.
“Parma” futbolçuları A Seriyasının XXXVII turunda “Sassuolo” ilə oyuna bu formada çıxacaq. Aksiyanın məqsədi irqçiliyə qarşı diqqət çəkməkdir.
Qeyd edək ki, mayın 16-da keçiriləcək “Parma” – “Sassuolo” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.