İtaliya hökuməti Qəzzaya 60 tondan çox humanitar yardım göndərib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.
Məlumata görə, humanitar yardım BMT-nin müvafiq təşkilatları ilə birgə həyata keçirilən “Qəzza üçün ərzaq” təşəbbüsü çərçivəsində yola salınıb. İtaliya hökuməti yük təyyarəsi ilə Qəzzaya çatdırılması üçün İordaniyanın paytaxtı Əmmana 60 tondan çox humanitar yardım göndərib. Buraya qida məhsulları, 150 ədəd çadır və gigiyenik vasitələr daxildir.
Həmçinin qeyd olunur ki, BMT təşkilatları Fələstin xalqını dəstəkləmək üçün maliyyə resurslarının artırılması layihələri üzərində işləyir.