İtaliyada Milad ərəfəsində ümummilli karantin başlayıb.
“QİA.AZ” xəbər verir ki, bu barədə TASS respublika hökumətinin saytına istinadən xəbər verir.
Məhdudlaşdırıcı tədbirlər əhalinin hər hansı gərəksiz hərəkətinə qadağanı nəzərdə tutur.
Ölkə daxilində pərakəndə satış mağazaları işləmir, restoran və barlar müştərilərə yalnız “al, götür apar” xidməti göstərə bilir. Milad ziyafətinə 14 yaşadək uşaqların müşayiət edə biləcəyi ən çoxu iki yetkin şəxsin dəvət edilməsi tövsiyə olunur. Yeni il gecəsi də daxil olmaqla, şəhər meydanlarında istənilən formada toplaşmaq qadağandır.
Hökumət bayramdan sonra koronavirusa yoluxmaların sayının yenidən artacağından ehtiyatlanan insanların görüşlərini və hərəkətlərini məhdudlaşdırmaq üçün əlindən gələni edib.
“Qırmızı zona” adlandırılan rejim 28-30 dekabr və 4 yanvar tarixlərində yüngül zəifləmələrlə yanvarın 6-dək qüvvədə olacaq.