İtaliyada Nigeriya mafiyasına qarşı əməliyyat keçirilib

İtaliya Maliyyə Qvardiyası (Guardia di Finanza) ölkədə qanunsuz miqrasiya və fəhişəlik sahələrinə nəzarət edən nigeriyalı kriminal qrupun 40 üzvünü həbs edib.

QİA.AZ” xarici KİV-ə istinadən xəbər verir ki, təkcə Sardunya adasının Kalyari şəhərində keçirilən əməliyyatda 600-dək asayiş keşikçisi iştirak edib. Bütövlükdə həbslər və axtarışlar bir neçə regionda keçirilib.

Aparılan təhqiqatda beynəlxalq miqyasda şəxsiyyət azadlığına qarşı cinayətlərdə əli olan şəbəkə üzvlərinin adı hallanır.

Oxşar Xəbərlər