İtaliyada zəncirvari qəzada 20-dən çox avtomobil toqquşub, ölən var

Fev13,2021

İtaliyanın şimal-qərbində, Turin şəhəri yaxınlığındakı Val di Suza vadisində baş verən zəncirvari yol qəzasında azı bir nəfər ölüb, bir neçə nəfər də yaralanıb.

“QİA” TASS-a istinadən xəbər verir ki, “Corriere della Sera” qəzeti 20-dən çox avtomobilin yol səthinin buz bağlaması səbəbindən toqquşduğunu yazıb.

Yol müvəqqəti bağlanıb. Hadisə yerinə həkimlər, polislər və xilasedicilər gəlib.

Qeyd edək ki, bütün Apennin yarımadası soyuq siklonun təsirinə məruz qalıb və nəticədə İtaliyanın mərkəzi hissəsinə, eləcə də bəzi cənub bölgələrinə güclü qar yağıb. Ölkənin şimalında və dağlıq bölgələrdə havanın temperaturu xeyli aşağı düşüb. Bəzi şəhərlərdə qar yağması səbəbindən məktəblər bağlanıb. Bundan əlavə, yollarda hərəkətin çətinliyi və qatarların hərəkətində gecikmələr barədə məlumatlar yayılır.

Oxşar Xəbərlər