İdman

İtaliyalı məşqçi Azərbaycanı təbrik etdi

Movavi

“Neftçi” və “Xəzər Lənkəran”ın fiziki hazırlıq üzrə sabiq məşqçisi Canni Melkiorre Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi uğurlara biganə qalmayıb.

“QIA.AZ” məlumatına görə, Şuşanın işğaldan azad olunması ilə bağlı özünün feysbuk səhifəsində paylaşım edən italiyalı mütəxəssis xalqımızı təbrik edib.

“Həyatımın vacib və unudulmaz illərini keçirdiyim Azərbaycanı, oradakı insanları və bu gözəl ölkədəki çoxsaylı dostlarımı torpaqların azad olunması münasibətilə təbrik edirəm. Gələcəkdə onlara xoşbəxtlik, sevgi, xüsusilə də sülh arzulayıram”, – o bildirib.

Qeyd edək ki, Canni Melkiorre “Neftçi” və “Xəzər Lənkəran”la yanaşı, Türkiyənin “Qalatasaray”, Rumıniyanın “Astra”, “Petrolul” və ÇFR klublarında da işləyib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button