İtaliyanın 65 şəhərində bələdiyyə seçkilərinin ikinci turu keçirilir.
“QİA.AZ” xəbər verir ki, ikinci tur namizədlərin heç birinin birinci turda 50%-dən çox səs toplamadığı 15 min nəfərdən çox əhalisi olan şəhərlərdə keçirilir.
Nəticələrə əsasən, Turin və Roma da daxil olmaqla böyük şəhərlərdə bələdiyyə başçıları müəyyən ediləcək.
Əsasən sağ və sol mərkəzlərdən olan namizədlər arasında mübarizə gedir. Məsələn, Romada bələdiyyə başçısı yeri uğrunda Cüzeppe Kontenin ikinci hökumətində (2019-2021-ci illərdə) İqtisadiyyat və Maliyyə Naziri vəzifəsində çalışmış Roberto Qualtieri və partiyanın sağ mərkəzçi koalisiyası tərəfindən dəstəklənən Enriko Miçetti mübarizə aparır.
Birinci turda səsvermə hüququ olan vətəndaşların 55%-dən azı iştirak edərək rekord aşağı seçici fəallığı göstərib.
Səsvermə məntəqələrdə koronavirusun yayılmaması üçün bütün tədbirlərə riayət olunur, lakin ölkədə geniş istifadə olunan peyvənd sertifikatı tələb olunmur.