İtaliyanın Azərbaycandakı səfirliyi hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
QİA.AZ-ın məlumatına görə, bu barədə səfirlik öz “Twitter” səhifəsində bildirib.
Paylaşımda qeyd olunub: “İtaliya səfirliyi bu gün “Qaraheybət” poliqonunda Azərbaycan hərbi helikopterinin qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olan ekipaj üzvlərinin ailələrinə dərin hüznlə başsağlığı verir”.
Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.