İyulda Azərbaycanın OPEC+ sazişi üzrə gündəlik neft hasilatı artırılacaq

Bu ilin iyul ayında Azərbaycan hasilatın azaldılması ilə bağlı Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) sazişi çərçivəsində gündəlik olaraq 620 min barel neft (kondensantla birlikdə) hasil edəcəyini planlaşdırır.

QİA.AZ-ın məlumatına görə, bu ay Azərbaycan OPEC razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliyi 98 % səviyyəsində yerinə yetirmiş olacaq.

Qeyd edək ki, bu ilin iyun ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 610 min barel olub. Bununla da Azərbaycan iyunda 108 % yerinə yetirib.

Xatırladaq ki, OPEC+ ölkələri tərəfindən neft hasilatı üçün yeni artırılmış kvotalar 1 iyul tarixindən qüvvəyə minir. Eyni zamanda, Səudiyyə Ərəbistanı könüllü məhdudiyyətlərinin son “tranşını” ləğv edir.

Belə ki, Səudiyyə faktoru nəzərə alınaraq OPEC+ sazişini imzalayan bütün tərəflərin ümumi “qara qızıl” istehsalı iyul ayında əvvəlki aya görə gündəlik 841 min barel artıra bilər.

Aprel ayında OPEC+ ölkələri yanvar ayından bəri ləngiddikləri neft hasilatında tədricən artım barədə razılığa gəliblər. Məlumata görə, may ayında OPEC+ üzv olan ölkələr gündəlik olaraq 350 min barel, iyunda – gündəlik olaraq daha 350 min barel, iyulda isə gündəlik 441 min barel artırmağa icazə verilib.

Qeyd edək ki, aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay – iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.

ÖlkəHesablama başlayır: 2018-ci il oktyabr2021-ci ilin iyunu üzrə kvotaİyun üzrə hasilatİyul üzrə kvotaİyul üzrə hasilat
Əlcəzair1057-159898-145912
Anqola1528-2301298-2091319
Koqo325-49276-44281
Ekvatorial Qvineya127-19108-17110
Qabon187-28159-26161
İraq4653-6993954-6374016
Küveyt2809-4222387-3842425
Nigeriya1829-2751554-2501579
Səudiyyə Ərəbistanı11 000-16539347-15059495
BƏƏ3168-4762692-4332735
OPEK (ОPEK+ müqaviləsində iştirak edən ölkələr)26 683-401022673-365023 033
Azərbaycan718-108610-98620
Bəhreyn205-31174-28177
Bruney102-1587-1488
Qazaxıstan1709-2401469-2341475
Malaziya595-89506-81514
Meksika17530175301753
Oman883-133750-121762
Rusiya11 000-15439457-15059495
Sudan75-1164-1065
Cənubi Sudan130-20110-18112
Qeyri-OPEK17 170-219014 980-210915061
CƏMİ43 853-620037 653-575938 094

Oxşar Xəbərlər