İyunun 15-16-da İsveçrədə Ukrayna sülh konfransı keçiriləcək

May2,2024

İsveçrənin Bürgenstok şəhərində iyunun 15-16-da Ukrayna üzrə sülh konfransı keçiriləcək.

QİA.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda deyilir.“İsveçrə dövlət və hökumət başçıları səviyyəsində 160-dan çox nümayəndə heyətini iyunun 15-16-da Bürgenstok şəhərində Ukrayna üzrə ilk sülh konfransına dəvət edib”, – deyə departamentin bəyanatında bildirilir. Bu siyahıya təxminən 120 ölkənin, o cümlədən G7, G20, BRİKS, Avropa İttifaqı, həmçinin digər beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT və Avropa Şurasının nümayəndələri daxildir. Rusiya konfransa dəvət olunmayıb.

Xatırladaq ki, İsveçrə Prezidenti Viola Amherd yanvarın 15-də Vladimir Zelenski ilə görüşündən sonra ukraynalı həmkarının ondan sülh formulu əsasında sammit keçirməyi xahiş etdiyini deyib.

Oxşar Xəbərlər