Azərbaycan dünya idmanına töhfə vermiş ölkə olaraq tanınır.
QİA.Az “Report”a istinadən xəbər verir ki, bunu Monakonun təhsil, gənclər və idman komissarı İzabel Bonnal Milli Gimnastika Arenasında Bakı şəhərinin 2026-cı ildə dünyanın idman paytaxına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O, idmanın dünya ölkələrinin paytaxtlarındakı faydalarından danışıb: “İdmanın təhsil və zehni baxımdan da bağlılığı var. Məndə olan məlumata görə, Bakıda müxtəlif yaş kateqoriyasına malik olan insanlar onlar üçün ayrılmış xüsusi yerlərdə idmanla məşğul olurlar. Burda olduğumuz müddətdə müəyyən təlim-məşq bazalarını gəzdik və yaradılan şəraitlə tanış olduq. Deyə bilərəm ki, Bakı həqiqətən dünyanın idman paytaxtı olmağa layiq şəhərdir”.