Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İzmirdə baş verən zəlzələ ilə əlaqədar başsağlığı verib.
QİA.AZ-ın məlumatına görə, bu barədə XİN başçısı rəsmi “Twitter” səhifəsində yazıb.
O bildirib: “Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ xəbəri bizi çox kədərləndirdi. Bu çətin gündə Can Qardaşımızın yanında olduğunuzu bildiririk. Keçmiş olsun, dualarımız sizinlə”.