İzmirdə ev sahibi itini alovlar içindən xilas etmək üçün həyatını təhlükəyə atdı

Türkiyənin İzmir şəhərində bir neçə gündür davam edən meşə yanğınları yüzlərlə insanın həyatına təhlükə yaradıb. Yanğın o qədər sürətlə yayılıb ki, bəzi sakinlər evlərini təcili surətdə özbaşına tərk etmək məcburiyyətində qalıblar.

Sosial şəbəkələrdə belə hadisələrdən biri barədə kadrlar yayılıb.

Görüntülərdə evləri alovlar içindəki kişinin öz həyatını təhlükəyə ataraq “Albay” adlı itini xilas etməsi əks olunub. Ev sahibi yaşadığı qorxulu anları öz mobil telefonunun kamerası ilə qeydə alıb.

Oxşar Xəbərlər