Türkiyənin İzmir vilayətində yerləşən meşəlik ərazidə yanğın baş verib. Alovun ram edilməsi üçün aviasiya və yerüstü texnika cəlb olunub.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, İzmirin Dikili rayonunda başlayan yanğın küləyin təsiri ilə yaşayış yerlərinə yaxın əraziyə yayılıb. Təhlükəsizlik tədbirləri çərçivəsində əhali təxliyə edilib, magistrallardan birində nəqliyyatın hərəkəti dayandırılıb.
Bölgəyə 10 xüsusi təyyarə, 6 helikopter, çox sayda texnika və canlı qüvvə cəlb olunub.
Hadisə ilə bağlı verilən açıqlamada yaşayış yerlərində təhlükənin qarşısının alındığı, üç evə yüngül zərər dəydiyi, alovun ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərin davam etdiyi bildirilir.