İzmirin Qaziemir ilə Buca rayonları arasında çıxan meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam edir.
QİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının Adnan Menderes Hava Limanına yaxın olması və yüksələn tüstü səbəbindən dayandırılan uçuşlar qaydasına düşüb. Yanğın Sarnıç rayonundakı yaşayış məntəqələrinə yaxınlaşıb. Xüsusi qrupların müdaxiləsi ilə yaşayış məhəllələrinə yayılan alov təhlükəsinin qarşısı alınıb.Yanğına müdaxilə gecə boyu davam edib. İzmir Meşə Region Müdirliyinə bağlı xilasetmə qrupları küləyin təsiriylə yayılan yanğının qarşısını almağı bacarıblar. Yanğınsöndürmə komandanlıq mərkəzindən pilotsuz uçuş aparatı (PUA) ilə izlənilən yanğına gecə görüşlü 4 helikopter də dəstək verib.