İzmir şəhərində baş verən zəlzələ nəticəsində indiyədək 37 nəfər həlak olub.
Bunu bu gün İzmirin Seferhisar rayonuna gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidenti qeyd edib: “Hazırda 37 həlak olan və 885 yaralımız var. Dağıntılar altından çıxarılan vətəndaşlarımızın sayı 103-dür”.
Ərdoğan əlavə edib ki, yaralılardan 667-si xəstəxanadan evə buraxılıb:
“218 vətəndaşın müalicəsi davam edir. 8 nəfər reanimasiyadadır. Üç nəfərin vəziyyəti ağırdır”.
Türkiyə lideri bildirib ki, 88 ölkənin rəhbər şəxsləri baş vermiş zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı mesajlarını çatdırıblar.