Türkiyənin qərbindəki İzmir vilayətində zəlzələ nəticəsində xəsarət alanların sayı 522 nəfərə çatıb.
QİA.AZ xəbər verir ki, bu barədə Türkiyənin Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum bildirib.
“Son məlumatlara görə, zəlzələ zamanı 12 nəfər həlak olub, 522 nəfər xəsarət alıb. Dağılmış 17 binanın dağıntıları altında insanlar var, orada xilasedicilər işləyir”, – nazir jurnalistlərə bildirib.