Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 109 nəfərə çatıb.
QİA.AZ-ın məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən bildirilib.
Xəsarət alanların sayı 1 036 nəfər təşkil edib. Onlardan 838 nəfəri evə buraxılıb, 138 nəfərin müalicəsi xəstəxanalarda davam edir.
Agentlik bildirib ki, dağılmış 17 binadan 13-də axtarış-xilasetmə işləri başa çatdırılıb, 4 binada davam edir.
Qeyd edək ki, İzmirdə oktyabrın 30-da 6,6 bal gücündə zəlzələ olub.