Fransada saxlanılan aktyor Jerar Depardye polis idarəsindən azad edilib.
Bu barədə onun vəkili Kristian Sen-Pale bildirib.
O qeyd edib ki, Depardyeyə qarşı məhkəmə prosesi oktyabrda Fransada keçiriləcək.
Xatırladaq ki, səhər saatlarında aktyor saxlanılıb. İki qadın hüquq-mühafizə orqanlarına müraciət edərək Depardyenin çəkiliş zamanı onlara cinsi təcavüz etdiyini iddia edib.
Mənbə: TASS
13:10
Məşhur fransız aktyor Jerar Depardye saxlanılıb.
Bu barədə Fransanın BFMTV telekanalı mənbəyə istinadən məlumat verib.
Telekanalın məlumatına görə, aktyor bu gün səhər saatlarında Parisdə polis bölməsinə çağırılıb və barəsində saxlanılma qərarı verilib.
BFMTV qeyd edib ki, aktyor iki qadına qarşı cinsi təcavüz ittihamı ilə bağlı saxlanılıb.
Bildirilib ki, ilk hadisə 2014-cü ildə “Sehrbaz və siamlar” (“Magicien et les Siamois”, 2015) filminin, ikinci hadisə isə 2021-ci ildə “Yaşıl panjurlar” (“Les Volets verts”, 2022) filminin çəkiliş meydançasında baş verib. Aktyor özü bütün ittihamları rədd edir.
Qeyd edək ki, daha əvvəl Jerar Depardyeyə qarşı bir neçə analoji şikayətlər verilib. Ən son şikayətlərdən biri ispaniyalı jurnalist Rut Basa tərəfindən qalıdırlıb. Basanın sözlərinə görə, hadisə 1995-ci ildə, o, 23 yaşında ikən Parisdə “Cinemania” jurnalı üçün aktyordan müsahibə aldığı zaman baş verib.