“JP Morgan” Azərbaycanda neft hasilatı üzrə proqnozları yüksəldib

2021-ci ildə Azərbaycanda xam neft hasilatı 620 min barel/sutka təşkil edəcək.

QİA.AZ bu barədə ABŞ-ın “JP Morgan” bankının hesabatına istinadən məlumat verir.

Bundan əvvəlki proqnozda həmin göstərici 616 min barel/sutka səviyyəsində göstərilirdi.

Proqnoza əsasən, 2021-ci ilin birinci rübündə hasilat sutkada 595 min barel, ikinci rübdə 618 min barel, üçüncü rübdə 634 min barel, dördüncü rübdə isə 633 min brel təşkil edəcək.

Oxşar Xəbərlər