Jurnalistlər Zəngilana səfər edib

Bu gün Zəngilanın işğalından 27 il ötmür

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Zəngilan rayonuna səfəri başlayıb.

“QİA.az”ın xəbərinə görə, səfərdə məqsədi işğal dövründə Zəngilan rayonu ərazisində məhv edilmiş meşə sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, hidroqrafiyasına və digər təbii sərvətlərə baxışın keçirilməsidir.

Səfər zamanı jurnalistlər Zəngilan şəhərinin girişində meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirəcəklər və ərazidə ağaclar əkəcəklər. Daha sonra isə rayonun Vənədli kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə baxış keçiriləcək. Həmçinin jurnalistlər Sarıqışlaq kəndi yaxınlığında yerləşən “Zəngilan əhəng xammalı yatağı”na və Ördəkli kəndi ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə baxış keçirəcəklər.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər