Kəbədə Ramazanın 25-ci gecəsində rekord sayda insan ibadət edib

Səudiyyə Ərəbistanı rəsmiləri Ramazan ayının 25-ci gecəsində 1,5 milyondan çox müsəlmanın Kəbədə namaz qıldığını, ibadət etdiyini açıqlayıb.

QİA.AZ  Türkiyə mediasına istinadla xəbər verir ki, açıqlamada içində Kəbənin də yer aldığı Məkkədəki Məscidül-Haramın  Ramazan ayının 25-ci gecəsində 1,5 milyondan çox müsəlmanı qəbul etdiyi bildirilib.

Yerli media da bunun Ramazan ayının əvvəlindən bəri Məscidül-Haramda qeydə alınan ən yüksək rəqəm olduğuna diqqət çəkib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi martın 26-da verdiyi açıqlamada, “daha ​​çox insanın ibadət etməsinə şərait yaratmaq üçün” hər kəsin Ramazan ayında yalnız bir dəfə ümrə edə biləcəyini açıqlayıb.

Oxşar Xəbərlər