Bir qrup Kəlbəcər sakini 28 il sonra Kəlbəcər rayonuna səfər ediblər.
QİA.AZ xəbər verir ki, Trend-in Qarabağ bürosunun məlumatına görə, səfər proqramı çərçivəsində sakinlər “Tunel qətliamı”nın baş verdiyi əraziyə gül dəstələri qoyacaq, Başlıbel faciəsinin baş verdiyi əraziyə baxacaq, Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət edəcək, eyni zamanda Günəşli kəndinə baş çəkəcəklər.
Qeyd edək ki, səfər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.