Kəlbəcərdəki Qırmızı monastır məhv olur

Noy3,2020
Kəlbəcərdəki Qırmızı monastır məhv olur

Kəlbəcər rayonunun Qozlu kəndində yerləşən Qırmızı monastır məhv olmaq üzrədir.

“QİA.AZ” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tarixi abidə 1224-cü ildə inşa edilib. Alban xristiyanlıq memarlığına aid olan abidə kompleks kilsədən, narteksdən, sovmədən və digər tikililərdən ibarətdir.
Bu abidə 1993-cü ildən Ermənistan işğalı altındadır və məhv olmaq üzrədir.

Oxşar Xəbərlər