Kəngərli rayonu

Dek28,2020
Kəngərli rayonu

Kəngərli rayonu — Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Ərazisi şimal-şərqdə Ermənistan Respublikası, cənub və cənub-qərbdə İranla həmsərhəddir. Ərazisi 681,94 km2 -dir. Rayonda 1 qəsəbə, 10 kənd vardır. Mərkəzi Qıvraq qəsəbəsidir. Arazboyu sahə Kəngərli düzü adlanır. Dərələyəz silsiləsinin rayonun ən yüksək dağ zirvələri:

Keçəltəpə(2744 m ), Qaraquş (2600 m ), Anabadgədik dağı (2081 m ), Qabıllı (1125 m ), Xok (1063 m ), Tənənəm dağı (1007 m ), Tazıuçan dağı (935 m ), Binədüz dağı (885 m )Qarabağlar kompleksi

Rayon ərazisində bir çox faydalı qazıntı, o cümlədən əhəgdaşı və travertin yataqları vardır.Şahtaxtı-Xok daş karxanaları burada yerləşir. 

Toponimi

Kəngərli rayonu 19 mart 2004-cü ildə təşkil edilmişdir. Kəngərlər Azərbaycanın etnogenezində iştirak etmiş ən qədim və önəmli 4 prototürk tayfalarından (hun, quz-oğuz, qıpçaq, kenq) biridir. Aral dənizi ilə Balqaş gölü arasında türk əsilli Kang (Kəng) dövləti mövcud olmuşdur. Onlar özlərini kəng-ər kəng ərləri adlandırırdılar. Sonralar antik — yunan mənbələrində patszmak adlandırılan kəngərlər rus mənbələrində peçeneq adını almışdır. Naxçıvanın irsi hakimləri, əsasən, bu tayfanın nümayəndələri olmuşlar. Naxçıvanın ilk və son xanları (Heydərqulu xan və Ehsan xan Kəngərli) bu tayfanın nümayəndələrindən idi.

Tarixi

XV-XVI əsrlərdə Naxçıvan diyarı Qaraqoyunlu və Ağqoyunlu feodal dövlətlərinin hakimiyyəti altında olmuş və XVI əsrdə Azərbaycan Səfəvilər dövlətinin tərkibinə daxil olmuşdur. Bu dövrdə Səfəvi şahları Naxçıvan ölkəsinin idarə edilməsi hüququnun özlərinin ən güclü dayaqlarından olan Kəngərli tayfa başçılarına vermişdilər. Kəngərli tayfa başçıları Naxçıvanın irsi hakimləri olaraq Naxçıvanı XIX əsrin 40-cı illərinə qədər idarə etmişlər.Kəngərlilər tayfasının Azərbaycan xalqının etnogenezinin formalaşmasında böyük rolu olmuşdur. Səfəvilər dövlətinin dövründə Kəngərlilər dövlətin daxili və xarici siyasətində və işlərində fəal iştirak etmişlər.Çalxanqala.

Kəngərli rayonu ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən maddi mədəniyyət qalıqları ilə zəngin xeyli arxeoloji abidə var. Bu abidələr qədim yaşayış yerləri, qalalar, qəbiristanlıqlar, kurqanlar və tarixi-memarlıq abidələrindən ibarətdir. Son Tunc və ilk Dəmir dövrlərinə aid Qalacıq yaşayış yeri, şimalında orta və son Tunc dövrünə aid I Qarabağlar qəbiristanı, Qarabağlar Govurqalası, cənubda Son Tunc və ilk Dəmir dövrlərinə aid II Qarabağlar qəbiristanı, Çalxanqalada Tunc dövrünə aid qala və son Tunc dövrünə aid yaşayış yeri, indiki Şahtaxtı kəndindən şimal-qərbdə Tunc, ilk dəmir dövrlərinə aid şəhər yeri, son Tunc, ilk Dəmir dövrlərinə aid Şahtaxtı Govurqalası, I və II Şahtaxtı nekropolları bu ərazinin insanların ən qədim yaşayış yerləri olduğunu sübut edir. 80-ci illərdə indiki Yurdçu kəndinin cənub-qərbində ilk Dəmir dövrünə aid yaşayış yeri, qərbində antik dövr kurqanları, Tunc və ilk Dəmir dövrlərinə aid Yurdçu nekropolu, kəndin şimal-qərbində Dəmir dövrünə aid sərdabə aşkar edilmişdir. Yurdçu kəndinin ərazisində müxtəlif dövrlərə aid gümüş və mis sikkə dəfinəsi tapılmışdır. Bu sikkələr Bizans imperatoru I Yuanın (969–976), Səlcuq sultanlarından II Toğrulun, Məsudun, Arslan şahın, Atabəylər hökmdarlarının adlarına aiddir.Aslrqalyarpaq müjdəsi.

Coğrafiyası

Babək və Şərur rayonlarının arasında yerləşir. Rayon dağlıq relyefə malik olmaqla, Dərələyəz dağlarında yerləşir. Muxtar Respublikanın hər yerində olduğu kimi, iqlimi kəskin kontinentaldır – yayda çox isti, qışda soyuq olur. Rayonun ərazisindən, Azərbaycanla İranın dövlət sərhəddi boyunca Araz çayı axır. Dağlıq relyef, iqlimin xüsusiyyətləri və kiçik çayların olmaması yerli bitki örtüyünü şərtləndirir. Onlar əsasən, yarımsəhra və dağ növləri ilə (kolluqlar, otlar, nadir ağaclar) təmsil olunur.

Relyefi

Rayonun şimal hissəsi Dərələyəz silsiləsindən ibarət dağlıq ərazilərdir. Cənub hissəni Korosman silsiləsi (900 m), Böyükdüz və Kəngərli düzü (800–1300 m) təşkil edir.

Geoloji quruluşu

Düzənlik və dağətəyi hissədə, əsasən. Antropogen, dağlıq hissədə Devon, Perm, Trias, Tabaşir çöküntüləri yayılmışdır.

Çayları və su hövzələri

Əsas çayları Araz, Lizbirt və Cəhri çaylarıdır. Mineral bulaqlarla (Salaxan və s.) zəngindir.Kəngərli rayonu. Qulaqlı kirpi.jpg

Landşaftları və bioloji müxtəlifliyi

Boz və çəmən-boz, şorakətvarı boz- qonur, dağ — şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitki örtüyü, əsasən, yarımsəhra bitkilərindən və dağ-kserofitləriııdən ibarətdir.Ərazidə yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və yayı quraq keçən soyuq iqlim yayılmışdır. Salaxan meşə-kolluq ərazisi təbii abidə və yay otlaqları, Böyükdüzün mərkəz və cənub hissələri isə qış otlaqları kimi qiymətləndirilir. Burada, əsasən, səhra, yarımsəhra, dağ-kserofıt, dağ-bozqır, az miqdarda meşə-kolluq bitkilikləri yayılmışdır. Ərazi florasında şoran- yer qarğasoğanı, qozbel laləvər , florenski tülpanı , yuliya tülpanı , voronov soğanı , toudar buğdası , təkdənli buğda , ağrıdağ buğdası , gözəl dazı , girdəqanad binertiya, qaraquş zəngçiçəyi , darləçək qlobulariya, tumefor difelipeyası , şovits ilankölgəsi və s. nadir və endem bitkilər yayılmışdır. Burada və ona yaxın ərazilərdə məməli heyvanlardan bezoar keçi , asiya muflonu, qonur ayı yaşayır. Quşlardan səhra zəvzəyi , adi sığırçın , kəklik, berkut , xəzər uları , dağ kətanquşu , ilancıl qartal və s. yaşayır. Böyükdüz ərazisində isə doydaq köçmə zamanı müşahidə olunur. Vaxtilə Keçəltəpə dağında bəbirə də rast gəlinirdi, lakin son onilliklərdə müşahidə edilmir. Bu zonada zəhərli ilanlar (Cənubi Qafqaz və çöl gürzəsi) da digər rayonlara nisbətən çoxsaylıdır.

Tarixi-arxeoloji mədəni abidələri

Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi burada da böyük sayda qədim abidələr qalır ki, bu da diyarın arxaik zamanlardan əhali ilə məskun olduğundan xəbər verir: Çalxan-Qala kurqanları, Qazma mağarası, eləcə də Qalacıq, Govurqala, Damlama, Qulamlıtəpə, Balatəpə yaşayış məskənləri. Sonrakı dövrlərin salamat qalmış abidələri: Xok kəndində came məscidi (XVIII əsr). Şahtaxti kəndində hamam (XIX əsr). Qarabağlar kəndi yaxınlığında tarixi-memorial kompleks (XII — XIV əsrlər), Qarabağlar yaşayış yeri (XII–XVII əsrlər), Gavurqala (X — XII əsrlər).

Çalxanqala kəndi yaxınlığında m.ə. II minilliyə aid (Tunc Dövrü) Çalxanqala yaşayış yeri və kurqanlar. Tənənəm kəndi yaxınlığında Paleolit Dövrünə aid (80–90 min il əvvəl) düşərgə — Qazma mağarası. Mağaranın uzunluğu 22 m, eni 1.0–6.0 m-dir. Buradan obsidian çaxmaqdaşı, daşlı şistlərdən hazırlanmış əmək alətləri aşkar edilmişdir. Aşağı Yaycı kəndi yaxınlığında orta əsrlərə aid Qalaciq yaşayış yeri, Govurqala. Qarabağlar kəndi yaxınlığında m.ə. IV–I minilliklərə aid Damlama yaşayış yeri. Qıvraq və Yurdçu kəndləri arasında m.ə. Ill — I minilliyə aid Qulalıtəpə yaşayış yeri. Qıvraq qəsəbəsi yaxınlığında m.ə. Ill — I minilliklərə aid Qıvraq nekropolu. Şahtaxtı kəndi yaxınlığında m.ə. I minilliyə aid küp qəbirlər, m.ə. II–I minilliklərə aid Gavurqala yaşayış yeri.

Orta əsrlərə aid Qarabağlar memarlıq kompleksi Azərbaycan memarlıq abidələri içərisində mühüm yer tutur. Memarlıq kompleksi 2 qoşa minarədən, 16 m hündürlükdə olan kərpic türbədən ibarətdir. Qoşa minarənin arasında dini bina qalıqları da vardır. Qoşa minarənin 12 əsrin sonu və 13 əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə 14 əsrə aiddir. baş tağın üzərində Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatunun adı yazıldığından, onun Quti xatunun şərəfinə tikildiyi güman edilir. Qarabağlar türbə kompleksi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tövsiyəsi ilə ümumdünya bankının ayırdığı vəsait hesabına təmir edilmişdir (2004).

İnzibati quruluşu

Qıvraq qəsəbəsi – 2004-cü ildə yaradılmış rayonun inzibati mərkəzidir. Qıvraq Naxçıvan-Şərur şossesi üzərində, diyarın paytaxtı Naxçıvan şəhərindən 30 km aralıda yerləşir. Qəsəbədən Araz çayınadək 6 km-dir. Rayonun inzibati mərkəzi statusunu təzəlikcə alması ilə bağlı olaraq Qıvraq qəsəbəsində hələlik turistlərin qəbulu üçün infrastruktur yoxdur. Lakin, burada yerli sakinlərin evlərində qonaq qalmaq olar.

#Bələdiyyələrin adıHər bələdiyyə üzrə əhalinin sayı
1Qarabağlar kənd bələdiyyəsi5833
2Xok kənd bələdiyyəsi4887
3Qıvraq qəsəbə bələdiyyəsi4182
4Şahtaxtı kənd bələdiyyəsi3092
5Çalxanqala kənd bələdiyyəsi2140
6Böyükdüz kənd bələdiyyəsi1435
7Yurdçu kənd bələdiyyəsi1068
8Qabıllı kənd bələdiyyəsi1025
9Xıncab kənd bələdiyyəsi604
10Təzəkənd kənd bələdiyyəsi505
11Yeni Kərki kənd bələdiyyəsi368
12Cəmi25139

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

Rayonun əhalisi 26,7 min nəfərdir (01.07.2008) Orta sıxlıq 1 km2 -ə 37 nəfər düşür. Rayonun iri yaşayış məntəqələri Qıvraq qəsəbəsi, Qarabağlar, Xok və Şahtaxtı kəndləridir.

Ziyalıları

  • Kəngərli Sultanov Paşa -hüquqşünas
  • Kəngərli Nəsrulla — Azərbaycan Respublikasının əməkdar inşaatşısı
  • Kəngərli Məmmədqulu- hüquqşünas
  • Kəngərli Əsgər — nevropotoloq
  • Kəngərli Ulduz- texnika elmləri doktoru, professor
  • Kəngərli İldırım- Azərbaycan Perpublikasının əməkdar mühəndisi
  • Kəngərli Ehsan- Naxşıvanın sonuncu xanı
  • Kəngərli Bəhruz-rəssam
  • Kəngərli Ayaz — texnika elmləri doktoru, professor

Təsərrüfatı

Kəngərli rayonu əsasən kənd təsərrüfatı rayonudur. Muxtar respublikada istehsal edilmiş kənd təsərrüfatı məhsullarının 9,1%-i taxıl, 8,1%-i kartof, 4,8%-i tərəvəz, 6,6%-i bostan, 4,4%-i şəkər çuğunduru, 5,9%-i üzüm, 10,7%-i ət, 11,1%-i süd, 13,5%-i yumurta, 15,5% yun Kəngərli rayonunun payına düşür. Muxtar respublikadakı qaramalın 7,9%-i, inək və camışların 10%-i, xırdabuynuzlu heyvanların 14,7%-i Kəngərli rayonunun payına düşür.

Mədəni-quruculuq və səhiyyə

Rayonda 13 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar tərbiyə müəssisəsi, 12 kitabxana, 13 klub müəssisəsi, 1 muzey, 2 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, sahə xəstəxanası, 4 həkim ambulatoriyası, 5 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. fəaliyyət göstərir.

39°24′23″ şm. e. 45°06′45″ ş. u.
Ölkə Azərbaycan
DaxildirKəngərli
İnzibati mərkəzQıvraq
Tarixi və coğrafiyası
Yaradılıb19 mart 2004
Sahəsi700 km²
Hündürlük965 m
Əhalisi
Əhalisi32 400 nəfər
Rəqəmsal identifikatorlar
ISO koduAZ-KAN
Telefon kodu994 36

Oxşar Xəbərlər