Kaliforniya qubernatoru Qavin Nyusom (Gavin Newsom) bölgədə anomal istilər səbəbilə fövqəladə vəziyyət rejimi elan edib.
“QİA.az” “Fox”a istinadən xəbər verir ki, Kaliforniyanın və qonşu ştatların bir hissəsində bu həftə havanın hərarəti F 118 dərəcəyə, yəni 48 C dərəcəyə çatıb.
Rəsmilər həmçinin əhalini elektrik enerjisinin istehlakını mümkün qədər azaltmağa çağırıblar.
Ötən ilin yayında da anomal istilər zamanı elektrik enerjisinin kəsilməsindən 200 minədək sakin əziyyət çəkmişdi və buna görə ştat rəhbərliyi sərt tənqidlərə tuş gəlmişdi.