XARİCİ SİYASƏT

Kamran Əliyev: “Gələcəkdə korrupsiya ilə mübarizə sahəsində işləri genişləndirmək nəzərdə tutulub”

“Beynəlxaq Prokurorlar Assosiasiyası ilə cinayətkarlığın bütün sahələrinə qarşı mübarizə üzrə əməkdaşlıq davam edir”.

QİA.AZ” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının yekunlarına dair təşkil olunan birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, korrupsiya ilə mübarizə sahəsində işləri gələcəkdə daha da genişləndirmək nəzərdə tutulub: “Hazırda bu istiqamətdə müzakirələr gedir”.

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsinin üstünlüklərindən də bəhs edib. O deyib ki, Türkiyə bir çox ölkələrlə əməkdaşlıqlar edir: “Bu baxımdan prokurorlar arasında ünsiyyətlər qurulmalıdır və bununla da müsbət nəticələr əldə etmək mümkün ola bilər”.

Əlaqəli xəbər

Back to top button