Baş prokuror Kamran Əliyev Kəlbəcər və Qubadlı Rayon Prokurorluqlarının əməkdaşları ilə görüşüb.
Bu barədə “QİA.AZ”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, K.Əliyev hər iki hərbi prokurorluğun əməkdaşlarına fəaliyyətləri ilə bağlı tapşırıq və tövsiyələrini verib.