Kanadanın Britaniya Kolumbiyası əyalətində son həftə ərzində görünməmiş isti hava ilə əlaqədar 700-dən çox insanın ölümü qeydə alınıb.
“QİA.AZ” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə əyalətin baş məhkəmə-tibb eksperti Liza Lapoynt bildirib.
Onun sözlərinə görə, iyunun 25-dən iyulun 1-dək günvurmadan 719 ölüm hadisəsi qeydə alınıb. Bu, analoji dövrlə müayisədə istidən ölüm faizinin adi göstəricilərini 3 dəfə ötüb.
Rekord temperatur kiçik şəhərcik Litonda qeydə alınıb. Orada isti havadan bütün evlər yanıb. Şəhərcik Yer üzündən silinib