Kanadada təyyarə qəzası olub, ölən və xəsarət alan var

Okt3,2021

Kanadada təyyarə qəzaya uğrayıb.

“QİA.AZ”ın məlumatına görə, bu barədə yerli “CTV News” telekanalı xəbər verib.

Qeyd edilir ki, hadisə Monrealda qeydə alınıb. “Cessna 172” təyyarəsi musiqi festivalının keçirldiyi ərazinin yaxınlığında yerə düşüb. Hadisə nəticəsində 1 nəfər həlak olub, daha 1 nəfər xəsarət alıb.

Qəzanın başvermə səbəbi açıqlanmır.

Oxşar Xəbərlər