“Kapital Bank” bu ilin 2-ci rübünün nəticələrini elan edib

İyl26,2021

Bu il iyulun 1-nə “Kapital Bank” ASC-nin aktivləri 5,7 milyard manat, o cümlədən müştərilərə verdiyi kreditlər 2,3 milyard manat təşkil edib.

Bundan başqa, Bankın depozit portfeli 4,4 milyard manat olub, tutulmalardan sonra məcmu kapitalı 588 milyon manat, adi və imtiyazlı səhmlərinin ümumi dəyəri isə 245 milyon manat olub.

“Kapital Bank” “Moody’s” və “Standard & Poor’s” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Oxşar Xəbərlər