Venesuelada yenidən prezident seçilən Nikolas Maduroya dəstək məqsədilə yürüş keçirilib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, b bu barədə xarici kütləvi informasiya vasitələri məlumat yayıb.
Bolivar İnqilabının, Vahid Sosialist Partiyasının on minlərlə tərəfdarı və ictimai təşkilatların üzvləri Maduroya dəstək məqsədilə Karakas küçələri ilə yürüş ediblər
Onlar Maduronun çıxış edəcəyi Miraflores prezident sarayının qarşısında toplaşıblar. Saray yaxınlığında konsert keçirilib. Heç bir ciddi insident, asayişin pozulması halları qeydə alınmayıb.
Şənbə günü Karakasda radikal müxalifətin lideri Mariya Korina Maçadonun tərafdarları nümayiş keçirib.
Qeyd edək ki, Venesuelanın hazırkı prezidenti Nikolas Maduro iyulun 29-da ölkədə keçirilən prezident seçkilərində qalib gəlir.
Maduronu seçicilərin 51,2 faizi dəstəkləyib.